Atamın mənə xərcləmək üçün verdiyi puldan sədəqə verə bilərəmmi?
Sual:
Salamun Aleykum. Men iwlemirem deye atam mene herdefe pul verir xerclemey ucun. Men de o pullari yigiram ve yigdigim puldan ehtiyaci ooana yardim etmey istiyirem. Bilmey istiyiremki menim yigdigim pullardan valideynlerimden xebersiz ehtiyaci olan birine vermeyim duzgun olar? Yeniki olardan gizlin etsem aileme bildirmesem bu Allaha xow geder yoxsa mutleq valideynim de bilmelidi? Xaiw edirem cavablandirardiz.
Cavab:
Və aleykum salam. Atanız sizə pulu hansısa konkret bir iş üçün yox, ümumən xərcləməyə veribsə, bu pul artıq sizə məxsusdur və onu istədiyiniz kimi xərcləyə, həmçinin sədəqə də verə bilərsiniz. Bunu valideynlərdən gizlədə də bilərsiniz.