Səfərdə olduqda bayram namazını oradakı camaatla qılmalıyam?
Sual:
Salam akeykum. Orucu oz veteninde tutub ve sefere caxan seferde bayran namazi bir gun tez qilinarsa qila bilermi? Hesabda bir gun az oruc tutmuw oluruq. Allah razi olsun.
Cavab:
Və aleykum Salam. Siz hara gedirsinizsə, o camaatın tutduğu orucu tutur, bayram etdiyi günü bayram edirsiniz. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür". (Tirmizi, Əbu Davud, İbn Macə). Hədisin açıqlamasını alimlər belə vermişlər: “Hədisin mənasına görə iftar və oruc camaat və çoxluqla edilməlidir”. (ət-Tirmizi, Oruc bölməsi, 11-ci fəsil).