Ərim hicab bağlamağa icazə vermir, nə edim?
Sual:
Salam.xais edirem mene bir meslehet veresiniz.men namaz qilib oruc tuturam.hicaba kecmek isdeyirem.yoldadim menimle dalawdi ku,olmaz hucab baglamaq.ne vaxt birdefelik Azerbaycana kocub getsek,o zaman taxarsan dedi.burda rusiiuyada pis baxirlar.terrorist kimi baxirlar.mene icaze vermir.axi men ne edim.uc usaqim var.bunun ucun bowanim ya yox?
Cavab:
Və aleykum Salam. Hicab Allahın əmridir və qadın hicab bağlamadığına görə böyük günah qazanır. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar...". (ən-Nur, 31). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəklə insanları döyənlər və geyinmiş, lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları dəvənin hürgücünə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir". (Muslim). Siz səbrlə ərinizə izah etməyə çalışın ki, insanların nə deyəcəyini düşünərək Allahın əmrlərinə asi olmaq olmaz. Uca Allah buyurur: "...Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər...". (ət-Talaq, 2-3).
Əriniz sizə Allahın əmrini yerinə yetirməyə mane olmaqla böyük günah qazanır, əslində sizə hicabı əmr etmək onun vəzifəsidir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6). Ailə başçısı kişi olduğu üçün bu söz ilk növbədə ona aiddir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi ailənin idarə edicisidir və etdiklərinə cavabdehdir". (əl-Buxari, 2554; Muslim, 1829). Bütün bunlarla yanaşı ərinizə hidayət verməsi və hicabı sizə asanlaşdırması üçün Allaha çoxlu dua edin və çalışın fitnə çıxarmadan hicabı geyinəsiniz. Allah köməyiniz olsun. Həmçinin oxuyun:
Duaların qəbul olması üçün nə etmək lazımdır?