Qeybət edənin sözünü kəsə bilməyəndə nə etmək lazımdır?

    27.07.2016
Kimdən: 
Ayka
Sual: 
Salam. Sualarimizi cavablandirdiginiz ucun tesekkurler. 1.Namaz qilib ama hicabda olmayanin cennete girme ehtimali var ? 2.qiybet edene qulaq asana da gunah yazilir deye esitmisdim. Ele vaxt olurki mecbur olursan.Qarsindaki danisir ya senden boyuk olur ya nese sozun kese bilmirsen.Men o vaxt ureyimde deyiremki Allahim men qatilmiram bu sohbete. Ele olanda mene gunah yazilmir he ? ne ede bilerem ki yazilmasin mene gunah.
Cavab: 

Və aleykum salam. 

  1. Kim Cənnətə girəcəyini yalnız Allah bilir, amma hicab geyinmədiyiniz hər günə görə günah qazanırsınız. Daha ətraflı: Hicab - azadlıqdır!
  2. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Sizdən biriniz pis iş (günah) gördükdə əli ilə düzəltsin! Ona qadir olmasa dili ilə düzəltsin! Ona da qadir olmasa, qəlbi ilə nifrət etsin, bu da imanın ən zəif dərəcəsidir". (Səhih Muslim). Burada qəlbi ilə nifrət etmək dedikdə həmin yeri tərk etmək nəzərdə tutulur.
Teqlər: 
Paylaş: