İntim əlaqəyə görə ərim oruc tutmağa qoymur, nə edim?
Və aleykum Salam. Ramazanda ər-arvad arasında yaxınlıq yalnız gündüz vaxtı haramdır, iftardan sahura qədər isə bu, icazəlidir. Uca Allah buyurur: "Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi." (əl-Bəqərə, 187).
Ramazan ayının orucunu tutmaq hər bir sağlam müsəlmana vacibdir və bunu etməyən böyük günah qazanır. Günah işlərdə isə başqalarına itaət etmək olmaz. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095).
Həmçinin (salləllahu aleyhi və səlləm) demişdir: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız məruf (yaxşı) şeylərdədir". (əl-Buxari, 7257).
Ərinizin əhvalı yaxşı olan vaxtlarda ona orucun vacibliyini izah etməyə çalışın. Daha ətraflı: Ramazan ayının orucu