Zina etdiyim insanla kəbin kəsdirə bilərəmmi?

    28.07.2016
Kimdən: 
Anoniw
Sual: 
Salam,cox xahiw edirem cavablandirasiniz,biri ile zina etmiwem,sonra tovbe etdim,indi hemin adamla kebin kesdire bileremmi?bunun ucun birinci kebinda oldugumdan muddat gozlemeliyem ikinci kebin ucun?
Cavab: 

Və aleykum Salam. Zina etdikdən sonra ürəkdən peşman olaraq tövbə etmək, bir daha belə etməməyə qərar vermək və çoxlu xeyirli əməllər etmək lazımdır. Hər iki tərəf tövbə etdikdən sonra kəbin kəsdirə bilərlər. Əgər keçmiş ərinizdən boşanmısınızsa, 3 ay gözləməlisiniz. Uca Allah buyurur: "Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər". (əl-Bəqərə,  228).

Paylaş: