Ailə üzvüm haqqını mənə halal etmədiyi üçün onun çörəyini yeməkdən imtina edə bilərəmmi?

    13.08.2016
Sual: 
Haqqimi halal etmirem deyildiyine gore hemin insanin coreyini yememek gunahdirmi?hemin insan aile uzvumdur.
Cavab: 

Salam aleykum. Ailə üzvü dedikdə atanızı və ya ərinizi nəzərdə tutursunuzsa, onların hər ikisinə qarşı itaətsizlik etmək ən böyük günahlardandır. Atanız və ya əriniz hansı məsələyə görə sizə qəzəblənərək haqqını halal etməyibsə, o məsələdə onunla xoş davranıb razı salmağa çalışmaq lazımdır. Yalnız günah işlərdə onlara itaət etmək qadağandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Allahın razılığı valideynlərin razılığı ilədir, Allahın qəzəbi isə, valideynlərin qəzəbi ilədir". (ət-Tirmizi).
"Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: "Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol"- deyilər...". (Əhməd, 1661).

Teqlər: 
Paylaş: