"Allah hər kəsə öz ürəyinə görə verir" demək doğrudur?
Sual:
Salam.1)Tez-tez esitdiyimiz cumle olan Allah her kesin ureyine gore verir cumlesi ne derecede duzgundur?.2)Hz.Muhammed(S.a.v) buyurmusdurki "Cennete goz ucu baxdim coxu kasiblar idi"bunu nece izah ede bilersiz? Yeni Allah dunyada kasibliq,acliq icinde yasayan bendelerini mukafatlandiracaqmi?
Cavab:
Və aleykum salam.
- Bu ifadəni işlətməkdən çəkinsəniz daha yaxşıdır. Doğrudur, Allah hər kəsi can atdığı şeyə yönəldir. Amma dünya nemətlərini Allah kafirlərə çox vermiş, ən təmiz ürəkli peyğəmbərlər və onların yolunu gedənləri isə kasıblıqla və müsibətlərlə imtahan etmişdir. Bu ona görədir ki, Allah onların günahlarını bağışlasın və axirətdə onlara çoxlu nemətlər versin. Kafirlərə isə yaxşı əməllərinin müqabilində yalnız bu dünyada nemətlər verilir və axirətdə heç bir payları yoxdur.
- Bəli, müsəlman ona dünyada baş vermiş ən kiçik müsibətin də axirətdə əvəzini alacaq. Daha ətraflı: Səbr edənləri müjdələ!