Adəm peyğəmbər danışa bilibsə, niyə sonrakı insanlara öyrətməyib?
Sual:
Adem peygenber danisa bilirdi eger bilir dise niye basqa insanlara oyredmiyib
Cavab:
Salam aleykum. Adəm peyğəmbər və ondan sonra gələn bütün insanlar danışa biliblər. Siz dediyiniz ateistlərin gətirdikləri şübhələrdəndir. Onlar heç bir dəlil-sübutları olmadıqları halda qədim ata-babalarının heç nə danışa bilməyən, ağılsız meymuna bənzər varlıqlar olduğunu düşünürlər. Müsəlmanlar isə Allahın onlara göndərdiyi dəlillər əsasında əcdadlarının danışan, ağıllı və Allaha ibadət edən insanlar olduğuna iman gətirmişlər. Daha ətraflı: İnsanın meymundan əmələ gəlmədiyini necə başa salım?