Narkotik vasitələrin haram olmasının sübutu nədir?
Sual:
Salam Aleykum. Bilmək istərdim narkotik vasitələrin şəriətdə hökmü nədir ? İçkinin haram olması haqqında Quranda və hədislərdə kifayyət qədər dəilillər var. Bəs uyuşdurucu həplərin, bəzi beyni uyuşduran bitkilərin hökmü nədir? Bunlardan istifadə edən insanlar özlərinə bəraət qazandırır ki, bu haqqda Quranda heç bir dəlil yoxdur. Belə insanlara hansı dəlilləri gətirmək olar. Mümkünsə tez cavab yazardız. Allah razı olsun.
Cavab:
Va aleykum Salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici ("xamr") də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız." (əl-Məidə, 90).
Ayədə istifadə olunan "xamr" sözü haqqında Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər bir sərxoşedici "xamr"dır və hər bir sərxoşedici haramdır. Bu dünyada davamlı olaraq xamr içən və tövbə etmədən ölən axirətdə onu içməyəcək". (Muslim, 2003).
"Ağlı dumanlandıran hər bir şey xamrdır". (Buxari, 4343; Muslim, 3032).
"Hər bir sərxoşedici haramdır". (Buxari, 4087; Muslim, 1733).