Uşaq insan və heyvan şəkilləri olan jurnalları rəngləyə bilərmi?

    31.10.2016
Kimdən: 
Zuli
Sual: 
Salam aleykum. 1. Uşaq insan və heyvan rəsmləri çəkməyib ancaq bu çəkilmiş rəngsiz jurnalları rəngləyə bilərmi? Uşaq üzərində heyvan və insan olan puzzlellar, tapmacalar düzəldə bilərmi? 2.Camaat namazında qadın qarşısında uşaq olduğuna görə və səcdəyə getməyə geciksə və bu namaz məğrib və ya işa namazında olarsa, onda o qadın ikinci rəkətdə olan duaları özü yenidən deməlidir yoxsa ruku əyilib namaza duasız davam etməlidir. Ümidvaram ki fikrimi sizə çatdıra bildim. 3. Uşaq bağçaya getdikdə ona bayramlara aid musiqi və şeir öyrədilərsə bunu ona qadağa edim və öyrətməyim? Bu zaman mən necə bunu edim ki bağçadakılar bunu pis başa düşməsinlər.
Cavab: 

Və aleykum Salam.
1. Bəli, uşaq insan və heyvan şəkilləri olan jurnalları rəngləyə bilər. Lakin, uşağın yadından çıxdıqdan bir müddət sonra çəkilən şəkilləri məhv etmək lazımdır. Həmçinin, pazlları düzəldikdən sonra bu pazlları yenidən sökmək lazımdır.
2. Camaat namazında imama tabe olan yalnız səsli namazlarda birinci və ikinci rükətlərdə oxunan surələri təkrarlamır və imama qulaq asır. Qalan bütün sözləri imamdan sonra sakitcə təkrarlamalıdır. Ona görə siz də hər bir halda rükuda və ya səcdədə oxunan duaları təkrarlamalısınız. Əgər deməyi unutsanız, namazın sonunda salamdan qabaq iki dəfə səcdə etməlisiniz. Sonra isə salam verməlisiniz. Bu səcdələrin adı səhv səcdəsidir. Daha ətraflı: Səhv səcdəsi necə yerinə yetirilir?
3. Uşağın haram olan şeyləri öyrənməsi məcburi deyilsə, öyrənməsin. 

Teqlər: 
Paylaş: