Aşağıdakı ayədə "bir yerdə və ya ayrı-ayrılıqda yemək" sözünün mənası nədir?

    25.09.2016
Sual: 
Salamu aleykum.Kora günah gəlməz,çolağa günah gəlməz,bir də xəstəyə günah gəlməz.Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində,yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində,yaxud əmilərinizin evlərində,yaxud bibilərinizin evlərində,yaxud dayılarınızın evlərində,yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz.Bir yerdə,yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz.Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın.ayədə sizin özünüz də bir yerdə və ya ayrılıqda deyilir.
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Kora günah gəlməz, çolağa günah gəlməz, bir də xəstəyə günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz." (ən-Nur, 61)

Bu ayə nazil olana qədər insanlar elə zənn edirdilər ki, yaxınlarının evlərində ev sahibi evdə olmadan yemək günah sayılır. Uca Allah bu ayədə yuxarıda sadalalanan evlərdə ev sahibi olmadan yeməyin günah olmadığını buyurdu.

"Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz."  -- cahiliyyət dövründə bir adamın təklikdə yemək yeməsini utandırıcı bir şey olduğunu zənn edirdilər. Hətta bir kəs ac olsa da, yeməyə yoldaş olmadığı üçün gözləyərdi. İslama görə isə, camaatla yemək bərəkətli və daha fəzilətlidir, amma  təklikdə yeməkdə də günah yoxdur.

Paylaş: