90. əl-Bələd surəsi
"Şəhər" surəsi, 20 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. And içirəm bu şəhərə (Məkkəyə)!
2. Sən də o şəhərin sakinisən.
3. And olsun valideynə və onun törəməsinə!
4. Biz insanı çətinlik içində xəlq etdik.
5. O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?
6. O deyir: "Mən çoxlu var-dövlət sərf etmişəm!"
7. O, heç kəsin onu görməyəcəyinimi zənn edir?
8. Məgər ona iki gözü Biz verməmişikmi?
9. Bir dillə iki dodaq verməmişikmi?
10. Ona iki yoxuşlu yola yönəltmədikmi?
11. O isə sərt yoxuşu aşmağa can atmadı.
12. Sən nə bilirsən ki, sərt yoxuş nədir?
13. O, bir kölə azad etməkdir
14. və ya aclıq günündə möhtaca yemək verməkdir –
15. qohumluq əlaqəsi çatan bir yetimə,
16. yaxud aclıqdan yerə uzanmış kasıba!
17. Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır.
18. Onlar sağ tərəf sahibləridir.
19. Ayələrimizi inkar edənlər isə sol tərəfə sahibdirlər.
20. Od onların üzərində qapanacaqdır.