Suallara konkret cavab və şəxsi fikirlərinizi yazmadığınız üçün daha sizə sual verməyəcəyəm...
Və aleykum Salam. Biz suallara cavabda şəxsi fikirlərimizi yox, Allahın ayələrini və Onun Rəsulunun (sallallahu aleyhi və səlləm) səhih hədislərini və ya onlara əsaslanan fikirlərimizi yazırıq, çünki bunlara əsaslanmayan cavablar batildir və yalandır. Allahın dini adından bu mənbələrə uyğun olmadan danışan şəxs böyük günah qazanır və Qiyamət günü Allah qarşısında cavab verəcək. Əgər sualınıza cavabda Quran ayəsi və ya link göndərilibsə, onu diqqətlə, mənasını düşünərək oxuyun, orada sizin istədiyiniz cavab var. Sizə nəsə aydın olmadıqda yenidən sual verə bilərsiniz, biz bu sualları məmnuniyyətlə cavablandırarıq. Dediyiniz sualın cavabı da aydındır, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) möhürsüz namaz qılıbsa, deməli biz də belə qılmalıyıq və artıq uşağın möhürü götürüb qaçması sualına cavab verməyin mənası qalmır. Allaha dua edirik ki, bizə və sizə onun elmini öyrənərək əməl etməyi nəsib etsin.