Qurana zidd olan hədisləri qəbul etmək olarmı?

    02.10.2016
Kimdən: 
Elçin
Sual: 
Salam Aleykum. 1. Allah gözəldir, gözəllikləri sevər. Bu hədis səhihdirmi? 2.Qurana zidd gələn hədisləriləri qəbul etmək olarmı ?
Cavab: 

Və aleykum Salam.
1. Bu hədis səhihdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qəlbində zərrə qədər təkəbbürlük olan kimsə Cənnətə girməz". Səhabələrdən biri: "Ya Rəsulullah! Əgər biri davamlı gözəl geyinmək, yaraşıqlı ayaqqabı, libas, gözəl oturuş və gözəl miniyi olmasını istəyirsə, bu da təkəbbürlükdürmü" deyə soruşduqda, peyğəmbər: "Yox, həqiqətən də Allah gözəldir və gözəl olanı da sevir. Təkəbbürlük isə haqqı danmaq və insanlara xor baxmaqdır" deyə buyurdu". (Muslim, 147, 1015). Müasir dövrdə bəzi yolunu azmış insanlar bu hədisi əsas gətirərək guya açıq-saçıq geyinməyin icazəli olduğunu deyirlər. Halbuki "gözəl" deyildikdə haramlar və əxlaqsız şeylər yox, halal olan şeylər nəzərdə tutulur.
2. Səhih hədislər Qurana zidd deyil, çünki bu hədislər Quran kimi, etibarlı insanların dilindən rəvayət edilmiş və sonradan kitab halına salınmışdır. Hansısa hədisin ilk baxışdan sizə Qurana zidd kimi görünməyi bu sahədə biliyin az olmasından irəli gəlir. Ona görə də, hədisləri öz məntiqinizlə ayırmayın, səhih hədis kitablarında olub-olmamasına fikir verin və hədisin ətraflı şərhini oxuyun. Daha ətraflı: Hədislərə tabe olmağın vacibliyi 

Teqlər: 
Paylaş: