Yetkinlik yaşına çatmayan uşaq namazı dayandırsa qəza qılmalıdırmı?

    25.09.2016
Kimdən: 
Fuaf
Sual: 
Salam əleykim.Öncəliklə təçəkkür edirəmki bundan qabaqki suallarıma cavab vermisiz çox sagolun Allah razı olsun sizdən.Deməli sizə belə bir sualım olacaq ki əgər həddi billuğa çatmayan bir insan namaz qılmagı dayandırsa onada günah yazılır və qəza yazılır.Birdə oglan usaqlarına günah 15 yasdan baslanır yazılmaga.Xais edirəm suallarımı cavablandırasız.Təçəkkür edirəm.
Cavab: 

Və aleykum Salam. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan (yuxuda olan) oyanana (ayılana) qədər və uşaq həddi büluğa çatana qədər". (Əbu Davud, 12/78/ №: 4380).
Ona görə də, namazı dayandırmaq uşağa günah sayılmır və qəzalarını qılmaya bilər. Amma öyrəşmək baxımından valideynlərin ona namazı əmr etməsi lazımdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Yeddi yaşına çatdıqda uşaqlarınıza namazı öyrədin və on yaşına çatıb namaz qılmadıqda onları yüngülcə vurun və yataqlarını ayırın". (Əbu Davud, 495). Həmçinin oxuyun: Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar? 

Paylaş: