Sübh namazına durmağa qorxuram, nə edim?

    02.10.2016
Sual: 
Salam Subh namazini gunorta esr Namazi ile qilmaq olar onuda deyimki subhe tek durmaqdan qorxuram onuncun dura bilmirem birde duzdurki Allah uwaqlarin sesini tez ewidir xaiw edirem sualima cvb yazin onceden twt
Cavab: 

Və aleykum Salam. Sübh namazını vaxtında qılmaq lazımdır. Siz qorxmayın, çünki Allaha sığınsanız, Allah sizi qoruyar. Namazın sözlərini oxuduqda artıq bu qorxu Allahın izni ilə keçib gedəcək. Gənc vaxtı ibadət etmək savabı ən çox olan əməllərdəndir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olma­ya­cağı bir gündə kölgəsi altında kölgələn­dirəcəkdir. Bunlar; ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Ona görə görüşüb Ona görə ayrılan iki kişi, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: "Mən Allahdan qorxuram!" - deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kişi və xəlvətə çəkilib Allahı yad edərək gözləri yaşla dolan kişi". (Muslim, 1031, 1712).

Paylaş: