Ev işləri ilə əlaqədar namazı vaxtı girəndən xeyli sonra qılmaq olarmı?

    02.10.2016
Sual: 
Salam. Mən ev işləri ilə əlaqədar namazı azan veriləndən xeyli sonra qılıram.Bu günahdır?
Cavab: 

və aleykum salam. Zərurət olduqda vaxtı çıxana qədər namazı gecikdirə bilərsiniz. Amma namazı vaxtında qılmaq savabı ən çox olan əməllərdəndir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". (Buxari, 527; Muslim, 250)

Məğrib namazını isə tez qılmaq lazımdır. Həmçinin, oxuyun:  Məğrib namazının vaxtı nə qədərdir? 

Paylaş: