Peyğəmbərin epilepsiya xəstəliyi olması doğrudurmu?
Və aleykum Salam. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) epilepsiya xəstəsi olması şübhəsi cəfəngiyatdan və qeyri-müsəlmanların yaydığı şübhələrdən başqa bir şey deyil. Əksinə, epilepsiya xəstəliyi olan adamlar sağalmaq üçün onun yanına gələrmişlər. Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: "Ürəkgetmədən əziyyət çəkən bir qadın Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Allahın Elçisi, mənim üçün Allaha dua et!" O buyurdu: "İstəyirsənsə, Allaha dua edim, O da sənə şəfa versin. İstəyirsənsə, səbr et, (Cənnətə girmək üçün) sənə sorğu-sual olmaz". Qadın dedi: "Mənə sorğu-sual olmasın deyə səbr edərəm". (İbn Hibban, 2909). Ata ibn Əbu Rabəh (Allah ona rəhmət etsin) rəvayət edir ki, Abdullah ibn Abbas (Allah ondan razı olsun) mənə belə dedi: "Sənə cənnət əhlindən olan bir qadın göstərimmi?" Mən: Bəli! - dedim. İbn Abbas (radıyəllahu anhumə) dedi: "Bu zənci qadındır. Bu qadın Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib demişdir: "Mənim epilepsiya xəstəliyim var və özümdən gedəndə örtüyüm açılaraq bədənim görünür. Mənim üçün Allaha dua et!" Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona belə cavab verdi: "İstəyirsən səbr et və Cənnətlik ol. İstəyirsən də Allaha dua edim sənə şəfa versin!" Bunu eşitdikdə qadın dedi: "Mən səbr edərəm, amma bədənim açılır. Heç olmasa açılmaması üçün dua et!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) də dua etdi". (əl-Buxari, 5652; Muslim, 2576). Həmçinin oxuyun:
Sualları kim cavablandırır?
Sudoroqa xəstəliyini ruqyə ilə müalicə etmək olarmı?