Kimsə mənim anama və ya bacıma baxdıqda nə etməliyəm?
Sual:
salam. biri menim anama bacima göz qoyduqda, baxdiqda men ne etmeliyem???? xais etrafli yazin
Cavab:
Və aleykum salam. Sözsüz ki, ailənin namusunu qorumaq hər bir müsəlmanın vəzifəsidir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Üç nəfər Cənnətə girməz: valideynin üzünə ağ olan, dəyyus (yəni ailəsinin qeyrətini çəkməyib, onların qayğısına qalmayan) və özlərini kişilərə bənzədən qadınlar". (ən-Nəsai, 5/80-81; əl-Hakim, 1/72). Ona görə də, siz əvvəlcə həmin insana yaxınlaşaraq nə üçün belə etdiyini aydınlaşdırın, ola bilsin kiməsə oxşadıb. Ona bir daha belə etməməsi üçün ədəblə nəsihət edin, əgər başa düşməsə, cəzalandıra bilərsiniz.