Çirkin görsəndiyimi zənn edərək hicabı açmaq istəyirəm...
Sual:
Salam aleykum.mən tez tez başımı yəni hicabı açmaq fikirlərinə düşürəm.elə bilirəm haminin gözündə çox pis görsənirəm.gözəl deyiləm.ama açıq gözələm.açmaq isdiyirəm.biraz yaşlananda taxmaq.çətinliyim çoxdu hicab taxmaqda həmdə.umumiyətlə baş açmagın hökmü nədir.əgər başıml açsam ama ibadətlərimə dəvam etsəm namaz oruc kimi qəbul olarmı.Allah duaları qəbul edərmi.mən belə bilirəm örtüyünü açan qadını Allah lənətləyir bu düzdürmü.öncədən təşəkkürlər.
Cavab:
Aleykum salam. Hicab geyinməmək və ya geyindikdən sonra hicabı açmaq böyük günahlardandır və Cəhənnəm əzabına səbəb olacağı haqqında hədislər var. Bu kimi fikirlər imanın azalmasından irəli gəlir. İman azaldıqda şeytan insana keçici dünyanı gözəl göstərib, əbədi olan axirət həyatını isə unutdurmağa çalışır. Həmçinin, Allahın razılığını unutdurub, insanları razı salmağa sövq edir. Halbuki Qiyamət günü heç kim başqasına kömək edə bilməyəcək. Ona görə də, imanınızı artırın və belə vəsvəsələrə fikir verməyin, çünki vəsvəsəyə fikir verdikdə daha da çoxalır. Daha ətraflı:
Hicabın vacibliyi haqqında
İmanı necə artırmaq olar?