Namazda "Rabbənə və ləkəl həmd" deyəndə əllərin vəziyyəti necə olmalıdır?

    27.08.2016
Sual: 
Salam aleykum. Xahiw edirəm məni maraqlandiran bu suallara cavab verəsiniz: 1) "Rabbəna və ləkəl həmd deyəndə əllərin vəziyyəti necə olmalidir? Məkkədə qilinan camaat namazlarinda goruruk ki, bezileri ellerini baglayir, bezileri yanina salir. Bezi adamlardan da ewitdiyime gore dille rabbena ve lekel hemd deyib, elle tekbirin hereketini etmek lazimdir. 2) Secdeye gedende birinci eller, yoxsa, dizler yere qoyulmalidir? 3) bu sualima gore uzr isteyirem, erle-arvad arasinda oral sekse dinimizin munasibeti necedir?
Cavab: 

Və aleykum salam

  1. Daha üstün rəyə görə namazda rükudan qalxandan sonra "Rabbənə və ləkəl həmd" deyərək əllər təkbirdəki kimi qaldırılır və sonra yana salır. Digər rəyə görə isə əllər bağlanılır, yəni, bu cür etmək də səhv deyil.
  2. Daha üstün rəyə görə səcdəyə gedəndə əvvəlcə əllər yerə qoyulur, səcdədən qalxanda əvvəl dizlər, sonra əllər yerdən qaldırılır
  3. Bu cavabı oxuyun: Ağız yolu ilə cinsi əlaqə icazəlidirmi?
Teqlər: 
Paylaş: