104. əl-Huməzə surəsi
"Tənə edən" surəsi, 9 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Hər bir qeybət edənin, tənə vuranın vay halına!
2. O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır
3. və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.
4. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır.
5. Sən haradan biləsən ki, Hütəmə nədir?
6. Bu, Allahın qaladığı Oddur.
7. O Od ki, qalxıb ürəklərə çatacaq.
8. Həqiqətən, o Od onların üzərində qapanacaqdır.
9. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar.