Cümə günü anadan olmağın hansısa üstünlüyü varmı?
Sual:
Salam.Mən özüm cümə günü doğulmuşam.Cümə günü İslamda müqəddəs yer tutur.Bilmək istərdim ki,cümə günü doğulmağın hər hansı bir özəlliyi varmı?İndidən təşəkkürlər.
Cavab:
Və aleykum salam. Cümə günü həftənin günləri içərisində digər günlərdən üstün tutulmuşdur. Cümə günü doğulmağın hansısa fəziləti olmağı barədə hədis yoxdur, amma həmin gün ölmək barədə peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Cümə günü və ya Cümə gecəsi ölən elə bir müsəlman yoxdur ki, Allah onu qəbir fitnəsindən qorumasın”. (ət-Tirmizi, 1074). Həmçinin, oxuyun: Cümə günü barədə