Ölü haqqında sual veriləndə nə üçün "Allah rəhmət etsin" yazmırsınız?

    21.08.2016
Kimdən: 
Elya
Sual: 
Sizden xaiw edirem, kim size acı, xowa gelmez, suallar ve ya iradlar bildirirse zehmet olmasa onlari oxuyub pozmuyun. Hamisini bura qoyunki, qoy hamimiz oxuyaq. Burda bir çox insan ölüleri haqqinda nese sual verende, siz cavablandirirsiz amma heç Allah rehmet elesin, qebri nurla dolsun demirsiz. heç olmasa biraz insanliqiniz olsun. Siz uje vahabilewirsiz deyesen. Ama bilirem söhbetim size lezzet elemiyib pozacaqsiz.
Cavab: 

Salam aleykum. Hər bir müsəlman başqa müsəlmanlar üçün dua etməlidir. Uca Allah buyurur: "Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!" (əl-Həşr, 10).
Biz burada yazmasaq da, öz namazlarımızda, dualarımızda bütün müsəlmanlar üçün dua edirik. Amma sual-cavab saytında hər sual yazana kasıbdırsa ruzi duası, yaxını ölənə rəhmət duası, xəstə olana şəfa duası yazsaq, bura artıq dua saytına çevriləcək. İndiki dövrdə insanlar suallarına qısa-konkret və aydın cavab axtarırlar, biz məhz belə cavab yazmağa çalışırıq.
Suallar isə yalnız təkrar, dinlə əlaqəsi olmayan (məsələn, yuxu yozma), təhqir və s. olan hallarda pozulur. Daha ətraflı: Sualların silinmə səbəbləri
Əgər sualınız bu şərtləri ödəyirsə, zəhmət olmasa, bu sualda qeyd etdiyiniz adla yenidən göndərin. Həmçinin sualı gondərəndə oxşar suallara baxdıqdan sonra onu təsdiqləmək lazımdır, əks halda sual yaddaşda qalmayaraq silinir.

Paylaş: