Qadın kişi qohumları ilə bacı-qardaş kimidirsə, yenə də əllə görüşə bilməz?

    15.10.2016
Kimdən: 
nuranə
Sual: 
Salam.Burda cavablarda görmüşdüm.Bibioğlunun,əmioğlunun cad öpməsi olmaz.Bəs əminin,dayının,qardaşın necə məni öpməsi günahdır?Bəs kimlərlə əl-ələ verib görüşmək olar?Mən öz bibioğlularımı,əmioğlularımı,dayıoğlularımı,xalaoğlularımı heç doğma qardaşımdan ayırmıramda,onları da eyni dərəcədə çox istiyirəm.Bir dərdim olanda olara deyirəm,onlar da bi qardaş kimi əllərindən gələni əsirgəmirlər.Yəni bizim aramızda hər hansı pis münasibətdən söhbət gedə bilməz.Sizin cavablarda görürəmki bu günah bi şeydir.Ama bi başqa mənbədən oxumuşdum ki,qohumlarla əlaqəni kəsmək olmaz.Başa düşə bilmirəm əgər bizim aramızda pis bi şey yoxdusa biz niyə bir-birimizlə danışmamalıyıqki??Burda günah olan nə var???
Cavab: 

Və aleykum Salam. Qardaş, dayı, əmi qadın üçün məhrəm sayılır və onlarla əllə görüşmək olar. Bibioğlu, əmioğlu, xalaoğlu və dayıoğlu isə naməhrəmdir, onlarla təklikdə qalmaq və ya əllə görüşmək haramdır. Onlarla məhrəmləriniz olan yerdə söhbət etmək isə qadağan deyil. Uca Allah qaydaları hamı üçün ümumi qoymuşdur, onlarla bacı-qardaş kimi olsanız da, Allahın hədlərinə riayət etməlisiniz və onlara da bunun səbəbini izah etməlisiniz. Daha ətraflı:
Kimlərin yanında hicabı açmaq olar? (Məhrəm və naməhrəm kimlərdir?) 

Teqlər: 
Paylaş: