Yad kişinin qadını öpməsi zina sayılırmı?
Və aleykum Salam. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah zinadan Adəm övladının payına düşəni əzəldən yazmışdır və o, istər-istəməz buna mübtəla olacaqdır. Gözün zinası – baxmaq, qulaqların zinası – qulaq asmaq, dilin zinası – danışmaq, əlin zinası – toxunmaq, ayağın zinası – addım atmaqdır. Qəlb istəyir və təmənna edir, cinsiyyət üzvü isə ya bütün bunları təsdiqləyir, ya da təkzib edir". (əl-Buxari, 6243).
Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib naməhrəm bir qadını öpdüyünü ona xəbər verdi və bunun nə dərəcədə günah olduğunu öyrənmək istədi. Uca Allah da bu ayəni nazil etdi: "Gündüzün iki başında əvvəlində və axırında və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır". (Hud, 114). Adam soruşdu: "Ya Rəsulullah, bu hökm yalnız mənə aiddir?" Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Bu, ümmətimdən olan hər kəsə aiddir!" (əl-Buxari, 526).
Siz etdiyiniz əməl həlakedici günah olan zina olmasa da, ona aparan günahdır. Əlhəmdulilləh, siz həlak edən bir günahı etmədən qayıtmısınız. Buna görə Uca Allaha şükür və tövbə edin, bir daha belə əməl etməyin. Tövbə edərək naməhrəmlə danışmaq, tək qalmaq kimi şeylərdən çəkinin. Allaha dua edin ki, keçmiş ərinizin əvəzində sizə daha xeyirlisni yetirsin. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Başına bir müsibət gəlmiş elə bir müsəlman yoxdur ki, Allahın ona buyurduğu kimi: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq! Allahım, başıma gələn müsibət sayəsində məni mükafatlandır və əvəzinə ondan da xeyirlisini ver!" - desin, Allah da ona bundan xeyirlisini vermiş olmasın". (Muslim, 2165). Duanın ərəbcə oxunuşu: "İnnə lilləəhi və innəə ileyhi raaciuun, Allahummə əcurni fi musibəti və əxlif li xayran minhə". Həmçinin, oxuyun:
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Duaların qəbul olması üçün nə etmək lazımdır?