Haram olan şeyi Allahdan istəmək olarmı?
Sual:
Salam Aleykum.Namazda Allaha el acib haram bildiyimiz bir seyi bizim ucun haram gormeyib,xeyirlisiyle bize nesib etmesini dilemek ve onun olacagina inanmaq gunahdirmi?
Cavab:
Və aleykum Salam. Allahdan yalnız halal olan şeyləri istəmək olar. Sizin dediyiniz şeyləri etmək düz deyil. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Hər bir müsəlman günah və qohumluq əlaqələrinin kəsilməsini tələb etmədən dua edərsə, Uca Allah ona bu üç şeydən birini mütləq verər: Ya istədiyini tezliklə verər, ya Qiyamət gününə saxlayar, ya da etdiyi duanın müqabilində bəlanı ondan uzaqlaşdırar" (İmam Əhməd, 3/ 18). Sizin həmin haram şey əvəzinə Allahdan daha xeyirli və halal olanını nəsib etməsini diləyin. Həmçinin, oxuyun: Dualarım qəbul olmur, nə edim?