Cərrah kişi qadınları əməliyyat edə və onlara ruqyə oxuya bilərmi?
Və aleykum Salam.
1. Zərurət hallarında qadınları əməliyyat etmək icazəlidir.
2. Birbaşa toxunmamaq və məhrəminin yanında olması şərtilə naməhrəm qadınlara ruqyə etmək olar. Dəsmal üzərindən əlinizi başınıza qoya bilərsiniz.
3. Yalan danışmağı Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) cəzası ağır olan ən böyük günahlardan biri adlandırıb. Allahın əzabından qorxun, bu günahın cəzası haqqında oxuyun və onu tərgitməyə çalışın. Daha ətraflı:
Yalan danışmaqdan çəkinin!
Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?
4. Bu, şeytanın vəsvəsəsidir, əhəmiyyət verməyin. Subaysınızsa, evlənin, evlisinizsə, ailənizlə daha çox vaxt keçirin. Özünüzü xeyirli əməllərlə məşğul edin, Allahın elmini öyrənməyə vaxt ayırın, qohumlarınızı və ətrafınızdakı cahilləri dəvət edin. Həmçinin, oxuyun: Zina və ondan necə qorunmaq haqqında