Körpəyə hamiləliyin neçənci ayında ruh verilir?

    14.02.2014
Kimdən: 
XEYALE
Sual: 
Salam!!! Inwallah ana olmaqa hazirlawiram ve mene maraqlidi : goresen hamileliyin necenci ayinda korpeye ruh verilir. Evvelceden tewekkurler =)
Cavab: 

Aleykum salam. Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah Ondan razı olsun) belə demişdir: "Doğru danışan və doğ­ruluğu təsdiq edilmiş Rəsulullah (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə belə bir hədis danışmışdır: "Sizlər­dən hər kəs anasının bətnində xəlq edilərkən ilk qırx gün ərzində nütfə ha­lın­da, sonrakı qırx gündə qan laxtası, daha sonrakı qırx gündə isə ət parçası olur. Sonra Allah (onun yanına) bir mələk göndərir. Bu mələyə dörd şey (yaz­maq) əmr edilir və ona: "(Bu uşağın) əməlini, ruzisini, əcəlini, bədbəxt və ya xoş­bəxt olacağı­nı yaz!" - deyilir. Sonra ona ruh üfürülür".  (əl-Buxari, 3208).

Teqlər: 
Paylaş: