Falçı istəmədən mənim falıma baxdı, nə edim?
Sual:
Salam aleykum. Men bu günlerde saçımı kesdirmek üçün salona getdim, hemin salona bir qadın daxil oldu ve dedi ki, Quran açıb, ixtisar edirem. Mene gore Quran açıb ixtisar etdi ve dedi ki, 2 usağa analıq edeceksen amma gec olacaq uşaq. Yoldaşın da aile canlıdır dedi. Çox esebleşdim, durub çıxdım ordan, mene dememiş, menden icazesiz menim falıma baxıb. Men indi ne edim? Onun dediklerine inanöıram, Allaha dua edirem ki, mene tezlikle övlad versin. Hemin qadını yalançı hesab edirem, düz edirem? Onun ediklerini nece yadımdan çıxardım? Bir terefden de qorxuram gec övladım olarmı deye heqiqeten? Men ne edim bu vezıyyetde?
2.yoldaşımın ailecanlı oldugunu düz dedi, bu halda men ne edim? Cin deyir?
Cavab:
Və aleykum Salam. Əlbəttə, Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) küfr adlandırdığı əməli həyasızcasına edən adamlardan uzaq olmaq üçün oradan durub getməyiniz doğrudur. Siz onun dediklərinə fikir verməyin və namaz qılmaqla, xeyirli əməllər etməklə Allaha çox dua edin. Həmçinin, oxuyun:
Quranla fala baxmaq olarmı?
Falçılar necə olur ki, doğru xəbər verirlər?
Dualarım qəbul olmur, nə edim?