Quranda "müsəlmanların birincisi" ifadəsi nə deməkdir?

    01.11.2016
Kimdən: 
M
Sual: 
xahiş edirəm sualımı cavablandırardınız.Quranda bir ayəni başa düşmədim.3 cü surə 67 ci ayə ilə , 39 cu surə 12 ci ayədə olan müsəlman kəlməsini başa düşmədim.yəni 1 ci də İbrahim peyğəmbərə müsəlmandır deyilir.o birində Məhəmməd peyğəmbərə müsəlmanların 1 cisi deyilir.mümkünsə izah edərdiniz.yəni onda ən birinci müsəlman kimdir?
Cavab: 

Salam aleykum. Bütün peyğəmbərlərin dini İslam olmuşdur. Onların öz dillərində bunun adı başqa cür səslənsə də, məna etibarı ilə onlar hamısı müsəlman olmuşlar. Çünki İslam sözü ərəb dilində təslim olmaq, boyun əymək deməkdir. İslam yalnız Allaha ibadət edərək Ona boyun əyməyə deyilir. Beləliklə də yalnız Allaha ibadət edərək Ona boyun əyən hər bir kəs müsəlman adlanır. Uca Allah İbrahim peyğəmbər (Allahın ona salamı olsun) haqqında belə buyurur: "Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz? İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (Tək Allaha ibadət edən) müsəlman idi və Ona şərik qoşanlardan deyildi. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!" (Ali İmran, 65-68).
Onların arasındakı fərq şəriətlərindəki, yəni dini qayda-qanunları arasındakı fərqlilikdən ibarətdir. Sual verdiyiniz bu ayələrə gəlincə: "De: "Mənə, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur. Mənə həm də müsəlmanların birincisi olmaq əmr olunmuşdur". (əz-Zumər, 11-12).
Burada "müsəlmanların birincisi" dedikdə, Muhəmməd peyğəmbərin öz ümməti arasında birinci Allaha boyun əyən, yəni ilk müsəlman olması nəzərdə tutulur. Həmçinin, bu linkdən oxuyun:
İslam - tək haqq dindir! 
Bütün peyğəmbərlər namaz qılıblarmı? 

Paylaş: