Kolbasanın üzərində tərkibində donuz ətinin olması yazılıbsa, onu yemək olar?

    12.11.2016
Kimdən: 
Ferid
Sual: 
Salam. Bu sual menimcun cox vacibdir. Xais edirem tez cavablandirin. Uzerine aciq sekilde terkibinde donuz eti oldugu yazilan kolbasani yemek olarmi? Yeni onun terkibine basqa maddelerde mal eti ve basqa maddeler qatilir. Bilmek isterdimki donuz eti o maddelerle birlesdiyine gore yeyile bilermi yoxsa yenede haramdimi?
Cavab: 

Və aleykum Salam. Bu məhsulların tərkibində donuz əti və piyi olduğuna görə belə məhsulları yemək haramdır. Donuz əti o məhsullarla birləşsə də öz mahiyyətini itirmir. Uca Allah buyurur: "Leş, qan, donuz əti, Allah-dan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, (hündürbiryerdən) yıxılıb gəbər-miş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi". (əl-Məidə, 3).

Teqlər: 
Paylaş: