Dua edərkən aşağıdakı ardıcıllığa riayət etmək doğrudurmu?
Və aleykum Salam. Ümumən sizin bu dediklərinizdə nəsə səhv və ya artıq bir əməl yoxdur. Lakin, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dediyi qaydada dua etsəniz daha yaxşı olar. Fədalə ibn Ubeyd (Allah ondan razı olsun) demişdir: "Bir gün Allah Elçisi (salləllahu aleyhi və səlləm) məsciddə oturarkən bir kişi içəri daxil olub namaz qıldı. O belə dua etdi: "Allahım, məni bağışla və mənə rəhm et!" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Sən tələsdin, ey namaz qılan! Namaz qılıb oturduqda Allaha layiqincə həmd et, mənə salavat de, sonra dua et!" Bundan sonra başqa bir kişi namaz qıldı, Allaha həmd etdi və Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat etdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona dedi: "Ey namaz qılan, dua et, duan qəbul olunacaq". (ət-Tirmizi, 3476, 3814). Digər rəvayətlərdə isə xəbər verilmişdir ki, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) belə demişdir: "Dua göy ilə yer arasında dayanır. Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) salavat gətirməyənədək o duadan heç bir şey Allaha yüksəlməz". (ət-Tirmizi, 486). Həmçinin, oxuyun:
Dualarım qəbul olmur, nə edim?
Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi?