Uşaqları məktəbə apardığım və dini paltarlar baha olduğu üçün hicabımı açdım...

    18.11.2016
Kimdən: 
Ləman
Sual: 
Salam mən 2 il idi hicab taxırdım açdım.çətin gəldi mənə.usaqlar balacadı məktəbə aparıb gətirmək və paltar ala bilmirdim baha idi hicab paltarları.indi isə dua etməyə qorxuram.bir yerdə oxudumki hucab açan qadını Allah lənətləyir və duaları qəbul olmur.mən çox qorxuram elə bilirəm bu günaha görə başıma müsibət gələcək.
Cavab: 

Və aleykum Salam. Bütün bunlar şeytandan gələn vəsvəsələrdir və imanın zəif olması ilə bağlıdır. Gecikmədən tövbə edib yenidən hicabınızı bağlayın və vəsvəsələrə fikir verməyin. Dualarınıza da davam edin, eyni zamanda dini biliklərinizi və imanınızı artırmaq üçün çox çalışın. Daha ətraflı:

Dualarım qəbul olmur, nə edim?

İmanı artırmaq üçün nə etmək lazımdır? 

Hicab - azadlıqdır! 

Teqlər: 
Paylaş: