Boşandıqdan sonra uzun müddət övladlarımı görməməyim günahdırmı?

    24.12.2016
Kimdən: 
Zeynur Abdullayev
Sual: 
Salamun Aleykum. Men zovcemi bosayan dort il olub. Aramizda problm oldugundan usaqlari gormemisem. Ayliq alimentlerini verirem usaqlarin ama gormurem. Bu boyuk gunah mi? Usaqlar boyuyub meni ozleri ne vaxt gormek isteseler gelsinler gorusek. Amma helelik men gorusmek istemirem usaqlarimla yaslarida azdir. Her ay alimentlerini verirem.Ama dort ildirki gorusmurem. Yeniden evlenmisem xosbext ailem var Allahin izni ile. Ama usaqlari gormek menim ucun cox problem yarada biler.Yeni qurdugum ailede soz sohbet ola biler ve ya dagila biler. Bunun ucun onlar derk edene qeder uzaq qalmagi secmisem. Boyuk gunah islemis oluram?
Cavab: 

Və aleykum Salam. Həm sizin, həm də uşaqlarınızın sizinlə görüşmək haqqı var. Əgər məsələ siz qeyd etdiyiniz qədər ciddidirsə, yəni uşaqlarla görüşdükdə indiki ailəniz dağılmaq təhlükəsi altında qala bilərsə, heç olmasa indiki ailənizdən gizlin şəkildə uşaqlarla görüşmək imkanını əldən verməyin. Doğrusunu Allah bilir. Həmçinin, oxuyun: Övladın valideyn üzərində haqları barədə

Paylaş: