Ateizmə və buddizmə hörmət etmək lazımdırmı?
Sual:
Salam deyirlərki ateizmə və budduzmə hprmət etmək lazımdı.bu doğrudurmu
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar". (Ali-İmran, 81). Allahdan başqasına ibadətə çağıran, həmçinin Allaha şəriklər qoşan dinlərə rəğbət bəsləmək olmaz, lakin bu fikirləri daşıyan insanları gözəl əxlaqla İslama dəvət etmək lazımdır. Məsələn, Firon ilahlıq iddiasında olsa da, Uca Allah Musaya onunla yumşaq danışaraq haqqa dəvət etməyi əmr etdi. Uca Allah buyurur: "Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!" (Ta Hə, 43-44).