Ramazanda heyz olan qadın tuta bilmədiyi orucların qəzasını tutmalıdırmı?

    24.11.2016
Kimdən: 
adsiz
Sual: 
salam Aleykum Onceden size cox tesekkur edirem bu sayt sayesinde o qeder gunahlardan cekinmiwem cox sagolun size her an her deyqa dua ediremki Allah sizleri ve cumle muselmanlari bagiwlasin sualim onan ibaretdirki Ramazan ayinda heyz olduqdan sonra 7 gun oruc qezadirsa bunu gelen Ramazana dek tutmamaqazimdi yoxsa tutulmalidir cox saolsun onceden
Cavab: 

Va aleykum Salam. Ramazan ayında heyz olan qadın tutmadığı günlərin qəzasını tutmalıdır. Bu da tutmadığı hər günə bir gün oruc tutmalıdır. Həmçinin, bu qəzalar gələn Ramazan ayına qədər tutulmalıdır. Uca Allah buyurur: "Oruc tutmaq sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!" (əl-Bəqərə, 184).

Paylaş: