Kiminsə malına bilmədən vəqf malı qarışarsa, nə etməlidir?
Sual:
salam. eger kiminse malina istemeden veqf mali qarisibsa yeni veqf malindan goturduyunu bilmeden edibse bunun dindeki emri nedi? o insan ne etmelidi? Artiq onun mali ozune mexsus olmurmu ya nece?
Cavab:
Va aleykum Salam. Əgər bilmədən sədəqəlik mallardan nəsə sizin malınıza qarışıbsa, bu üzürlü haldır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzəb, 5).
Həmçinin Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043). Ancaq biləndən sonra malınızdan həmin malı ayırıb ya həmin vəqfə, ya da bu mümkün olmasa, həmin vəqfin adından ehtiyacı olan bir müsəlmana sədəqə etmək lazımdır.