Acığa düşərək nəzir deyilən qurbanı kəsməmək olarmı?

    12.12.2016
Sual: 
Salam. Qardaşım oğlu üçün qurban demişdir. Ailəsi ilə boşandılar. Bu səbəbdən də acığa düşüb qurbanı kəsmədi. Nə etməlidir? Bu günahmıdır?
Cavab: 

Və aleykum Salam. Rəsulallah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nə­zir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi ol­masın”. (əl-Buxari, 6696). Ona görə də, boşanmaya baxmayaraq qurbanı kəsmək lazımdır. Daha ətraflı: Niyyət edib qurban kəsmək olarmı?

Paylaş: