Kişi öz həyat yoldaşının sünni və ya şiə olmasını tələb edə bilərmi?

    08.12.2016
Kimdən: 
Feqan
Sual: 
kisi oz heyat yoldasinin sunnu veya sie olmasina qarisa bilermi? eger qadin sunnuduse evlendikden sora eri ondan sie olmasini isteye bilermi?
Cavab: 

Salam aleykum. Heç şübhəsiz ki, haqq yol, Quran və Sünnəyə (peyğəmbərimizin yolu) əsaslanan yoldur. Ona görə də ailə üzvləri bir-birini şirkdən (Allaha şərik qoşmaq), bidətdən (dinə sonradan salınan yeniliklər) çəkindirməli və gözəl şəkildə haqq olan yola dəvət etməlidirlər. Bu onların bir-biri üzərində olan haqlarıdır. Habelə, ailə başıçısı kişi olduğuna görə bu iş onun üçün daha məsuliyyətlidir. Çünki Qiyamət günü kişi ailəsinə və uşaqlarına görə sorumludur. Allahın Elçisi (salləllahu aleyhi və səlləm) belə demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (əl-Buxari, 2554; Muslim, 1829). Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6). Həmçinin, qadın da əgər haqq yoldadırsa, Allaha asiliyə aparan məsələlərdə ərinə itaət etməməlidir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurun: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız yaxşı şeylərdədir". (əl-Buxari, 6830, 7257; Muslim, 1840). Həmçinin oxuyun:
Cahilləri islama necə dəvət etmək olar?
Şiə və sünni nədir və bunların hansı düzgündür?

Teqlər: 
Paylaş: