Uca Allahın Adəmə öyrətdiyi və hətta mələklərin də bilmədiyi şey nədir?

    12.12.2016
Kimdən: 
seyid
Sual: 
Salameleykum! Allah teala meleklerin bilmediyi nesoz idiki Adem peyqembere oyretmiwdi?xah edir cavablandirin
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "...O (Allah) dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”(Allah) Adəmə bütün (şeylərin) adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!”. (əl-Bəqərə, 30-31). Bu ayəni təfsir edən Abdur-Rahmən əs-Səədi (Allah ona rəhm etsin) buyurur: "...Uca Allah Adəmə bütün məxluqların və əşyaların adlarını və habelə onların mənalarını, o cümlədən, sözlərin kiçildilmiş-nəvazişli və üstünlük dərəcəli formalarını, məsələn, quş və quşcığaz kimi, öyrətdi. Sonra Uca Allah bu məxluqları və əşyaları mələklərə göstərdi və onları sınamaq üçün dedi: "Əgər sizin Mənim canişinimdən üstün olmağınız haqqında zənniniz doğrudursa, onda bu məxluqların adlarını deyin". Həmçinin, böyük təfsir alimləri əs-Səədi, əs-Suddi, İbn Cərir ət-Tabəri, İbn Kəsir və başqaları (Allah onlara rəhm etsin) bu barədə İbn Abbasdan (Allah onlardan razı olsun) nəql etmişlər ki, "...insan və bütün varlıqların adlarını Adəmə öyrətmiş və göstərmişdi. Bu adlar insanı, heyvanı, səmanı, ulduzları, yeri, yüngülü, ağırı, qaranı, ağı, dənizi, dəvəni, minikləri və bunlar kimi bütün toplumların və digərlərinin adlarını öyrətmişdi...". (ət-Tabəri, 1/458, 1/485). 

Paylaş: