Allah insanı gücü çatdığından artıq yükləmirsə, nə üçün namaza vaxt tapa bilmirik?
Və aleykum Salam. Namaz qılmaq təxminən 5-10 dəqiqə vaxt aparır. İnsanlar müvəqqəti dünya həyatının ehtiyacları üçün vaxt tapırlar, amma onları yaradan, ruzi, sağlamlıq verən, iş, dərs və digər nemətlərə müvəffəq edən Allah üçün bu kiçik müddəti ayırmağa tənbəllik edirlər. Halbuki, Allah bunun əvəzində bağışlanma və dünya həyatından qat-qat gözəl və əbədi Cənnət nemətləri vəd edir. Namaz qılmayanlar isə Cəhənnəmə düşmək kimi böyük təhlükə ilə üz-üzədirlər. Belə olan halda namaza əhəmiyyət verməyərək vaxt ayırmamaq Allahı yaxşı tanımamaq, axirətə imanın zəif olması və digər səbəblərə bağlıdır. Ona görə də, tövbə edərək namazlara ciddi yanaşın və imanınızı artırın. Şərait olmadıqda namazı oturaraq da qıla bilərsiniz. Uca Allah buyurur: "Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz". (əl-Bəqərə, 185). Daha ətraflı:
İşdə şərait olmadığı üçün bəzi namazları qəza edərək evdə qılmaq olarmı?
İmanı artırmaq üçün nə etmək lazımdır?