Qadın namaz qılarkən onun səsini ailə üzvləri eşidə bilərmi?
Sual:
Salam . bir qadin namazqilarken onun sesini aile uzuvleri ewide bilermi??
Cavab:
Va aleykum Salam. Bəli, İslam alimləri demişlər ki, qadının namazda səsini yalnız qadınlar və ona məhrəm kişilərin eşitməsi icazəlidir. Digər hallarda isə qadağandır. ("əş-Şərhu-l-Kəbiru alə Mətni-l-Muq'ni'" kitabı, 2/82; İbn Həcər, "Fəthu-l-Bəri" kitabı, 3/77; İbn Qudamə, "əl-Muğni" əsəri, 2/162, 3/38; İmam ən-Nəvəvi, "əl-Məcmu" əsəri, 3/371-390).