Bankdan kredit götürənə zamin durmağın kəffarəsi nədir?

    18.12.2016
Sual: 
salam aleykum.men bankdan kredit goturene gunah oldugunu bildiyim halda zamin durmuwam.tovbe etmiwem sonra.bunun keffaresi nedir?
Cavab: 

Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Allah Elçisi riba (sələm) yeyəni, yedizdirəni, (onların arasında) yazanı və şahidlərini lənətlədi, sonra dedi: "Onlar bərabərdir". (Muslim, 4177). Bunun xüsusi bir kəffarəsi yoxdur. Səmimi qəlbdən tövbə edin, bir daha belə etməyin və çoxlu xeyirli əməllər edin ki, pis əməli silib aparsın. Daha ətraflı: Tövbə etsəm, Allah bağışlayarmı?

Paylaş: