Ərimi çox qısqanmamaq üçün nə edə bilərəm?

    04.01.2017
Kimdən: 
a
Sual: 
salam men yoldawimi cox qisqaniram nece edim onu qisqanmiyim
Cavab: 
Və aleykum Salam. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allahın qısqanclığın bəzisini sevir, bəzisinə də qəzəblənir. Allahın sevdiyi qısqanclıq şübhə doğuran işlər haqqındakı qısqanclıqdır. Allahın qəzəbləndiyi qısqanclıq isə şübhə doğurmayan işlərdən kənar olan qısqanclıqdır. Allah təkəbbürün bəzisinə qəzəblənir, bəzəsini də sevir. Sevdiyi təkəbbür insanın müharibə vaxtı və sədəqə verərkən təkəbbürdür. Allahın qəzəbləndiyi təkəbbür isə azğınlıq və lovğalanaraq özünü çəkməkdir". (Əbu Davud, 2659). Ona görə də, Allahın qəzəbindən qorxaraq heç bir əsas olmadan qısqanmaqdan çəkinin. Bundan başqa, ilk növbədə özünüz Allahın dinini öyrənərək əməl edin, əxlaqınızı gözəlləşdirin ki, əriniz sizdən təsirlənib pis əməllərdən çəkinsin. Hələ də hicabda deyilsinizsə, hicab bağlayın. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Kim iffətli (həyalı, namuslu) olmaq istəyərsə, Allah onu iffətli edər. Kim səbrli olmaq istəyərsə, Allah onu səbirli edər. Kim də zəngin olmaq istəyərsə, Allah onu zəngin edər. Heç kəsə səbrdən daha xeyirli və geniş bir pay verilməmişdir". (Səhih əl-Buxari, 6470; Səhih Muslim, 1053).
Ərinizi zina və ona aparan yollardan çəkindirmək üçün dini öyrənərək ona da kefi yaxşı olduğu vaxtlarda danışın. Daha ətraflı:
Zina və ondan necə qorunmaq haqqında 
Hicab - azadlıqdır!
Ərim məni həddindən artıq qısqanır...
Ərim məni həddən çox qısqanır, nə edə bilərəm?
Paylaş: