Nə üçün bütün peyğəmbərlərin adlarını bilmirik?

    04.01.2017
Kimdən: 
Gunahkar Bende
Sual: 
Salam aleykum.Gozel qardaslar menim sizlere bir nece sualim olacaq 1)Men islediyim yerde bir insan daima menle mubahise edir her sohbet edende deyir ALLAH yoxdur qebul etmir ALLAHI nedeki peyqemberi.bele adama kafir demey olarmi halbuki bu insan deyirki men oxumusam her seyi?2)Deyirki 124 min peyqember varsa niye olarin adinin hamisi bilmirsiz ele bildiyiviz 5 10 addir?3) bu suali hemise verir adem hevva aq regde olublarsa nece qara insanlar olub ve yaxud qara olublarsa niye aq olub?4)Kebeni niye firlanir insalar kebe nedir?.Menim elmim olmadiqinnan o insala mubahise etmirem amma baxiramki dahada ireli gedir.Bele insanla nece reftar etmeliyem nesihet edin.ALLAH elmivize bereket versin. Amin
Cavab: 
Və aleykum Salam.
1. Allaha və Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) inanmayan insan müsəlman deyil.
2. Şəriətdə bütün keçmiş tarix haqqında məlumatlar yox, yalnız insanların bilib əməl etməsi vacib olan hökmlər və keçmiş ümmətlərdən bəzi peyğəmbərlər və saleh insanlar həyatından ibrətli, olmuş hadisələr rəvayət edilmişdir. Bütün peyğəmbərlərin adlarını bilmək insanlara vacib olmadığı üçün şəriətdə bildirilməmişdir. Həmçinin, oxuyun:
Bütün peyğəmbərlər namaz qılıblarmı? 
3. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Allah Adəmi yer üzünün hər tərfindən ovucladığı bir ovuc torpaqdan yaratdı. (Bu səbəbdən) Adəm oğulları yer üzünün (rəngləri) qədər (müxtəlif formalarda vücuda) gəldilər. Onlardan qırmızı, ağ, qara və bunların qarışığı, yumşaq, hüzünlü, pis və yaxşı olanlar vardır". (ət-Tirmizi, 2955, 3213; Əbu Davud, 4695). 
4. Kəbəni təvaf etmək (ətrafına 7 dəfə fırlanmaq) Uca Allahın əmridir. Biz də müsəlman olaraq Uca Allahın əmrinə itaət edirik. Daha ətraflı:
Kəbənin ətrafına niyə fırlanırlar? 
5. Elminiz zəif olduğuna və onun şübhələrinə cavab verə bilmədiyinizə görə belə insanlardan uzaq olmaq, ən azından onunla ünsiyyətdə din haqda danışmamaq lazımdır. Şübhələri düşməmək və salamat qalmaq üçün özünüzü belə insanlardan qoruyun, saleh, sizə axirəti xatırladan, Cənnəti qazanmaq üçün əməllər etməyə nümunə olan insanlarla dostluq edin. Daha ətraflı:
Dostun səni günaha aparırsa, nə etməli? 
Teqlər: 
Paylaş: