Allah sonsuz olan adama övlad bəxş edə bilər?

    25.12.2016
Kimdən: 
......
Sual: 
Salam.Bir şəxsə həkim kəskin diaqnoz qoysaki,onun övladı olmayacaq.Soradan Allah istəsə onun övladı ola bilərmi??Həmin şəxs kişidir və problem arvadındadır özündə yox.Ama buna görə həmin adam arvadını boşamır(həm də arvadı özü deyib məni boşa ayrısını al 2)Mən həmin şəxs ücün Allaha dua edə bilərəmmiki onun övladı olsun?onun ücün nə edə bilərəm.Cünki həmin adamı çox istəyirəm.Xahiş edirəm ətraflı cavab yazın
Cavab: 
Və aleykum Salam.
1. Ola bilər ki, həkimlər tibbi əsaslara dayanaraq ümumi olaraq sonsuzluq kimi bir dioqnoz qoysun. Lakin bu dioqnoz həmin adamın heç vaxt övladı olmayacaq anlamına gəlməməlidir. Çünki, Uca Allah buyurur: "Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib demişdi: "Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam. Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!" Ona belə vəhy olundu: "Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!" O dedi: "Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim övladım necə ola bilər?" Mələk dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: "Bu, Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!" (Məryəm, 3-9). Uca Allah hər şeyə qadirdir.
2. Bəli, siz həmin adam üçün ancaq dua edə bilərsiniz. Həmçinin, oxuyun: Dualarım qəbul olmur, nə edim? 
Teqlər: 
Paylaş: