Allaha sığınmağın fəziləti haqda yaza bilərsiniz?
Va aleykum Salam. Allaha sğınmaq insandan vəsvəsəni uzaqlaşdırar. Uca Allah buyurur: "Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir". (əl-Əraf, 200; Fussilət, 36).
Uca Allaha sığınmaq qəzəbi aradan qaldırar. Suleyman ibn Surad (Allah ondan razı olsun) deyir ki, iki nəfər Peyğəmbərin (salləllahu aleyhi va səlləm) yanında bir-birilərinə qəzəbləndilər. Onlardan birisinin qəzəbinin şiddətindən yanaqları şişmiş və qızarmışdı. Bu an Perğəmbər dedi: "Mən elə bir söz bilirəm ki, əgər kim onu desə qəzəbi sakitləşər. Bunu eşidən kimi aramızdan bir nəfər getdi və qəzəbini boğa bilməyənə, Peyğəmbərin "Şeytandan Allaha şığın!" (yəni, əuuzu billəhi minəş-şeytaanir-raciim) sözünü ona xatırlatdı. Qəzəbli insan da, elə bilirsən mən dəliyəm!? Get buradan cavabını verdi". (Fəthul-Bari, № 6048; Muslim, 2610). Uca Allah hər Quran oxuyamaq istəyəndə, ona sığınmağı əmr etmişdir: "Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!" (ən-Nəhl, 98). Əksər alimlərin görüşünə görə bu əmr vacibə yox müstəhəbə dəlalət edir. Şeytandan məqsəd, insanalr və cinlərdən olan şeytanlardır. Uca Allah buyurmuşdur: "Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. (Bunlar) aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et". (əl-Ənam, 112).
Əbu Zərr (radıyəllahu anhu) nəql ki, bir gün Peyğəmbərin məsciddə yanında oturmuşdum. O, mənə: "Ey Əbu Zərr, namaz qıldınmı? Mən, yox qılmadım dedim. Peyğəmbər mənə qalx və namaz qıl dedi. Mən də ayağa qalxdım namaz qıldım və yenə peyğəməbrin yanında oturdum. Peyğəmbər: Ey Əbu Zərr, insnalardan və cinlərdən olan şeytanların şərrindən Allaha sığın! Mən, ey Allahı Rəsulu!: insanlardan da şeytanlar olurmu? dedim. Peyğəmbər (salləllahu aleyhi va səlləm) bəli cavabını verdi". ("əl-Musnəd" əsəri, 5/179; əl-Əlbəni hədisi səhih olaraq təsnif etmişdir).
Şeytan sözünün mənası:
İbn Cərir ət-Tabəri (Allah ona rəhm etsin) belə demişdir: "Ərəb dilində, azğınlıq edən insana, cinə və heyvanlara şeytan deyilir". (Təfsir ibn Kəsir, 1/34; Təfsir ət-Tabəri, 1/ 111).
Racim sözünün mənası:
İbn Kəsir (Allah ona rəhm etsin) isə belə nəql etmişdir: "Racim, bütün xeyr işlərdən məhrum olana, qovulmuşa deyilir".
Uca Allah buyurur: "Biz (sizə) yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan (alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq". (əl-Mulk, 5).
"Biz dünya səmasını parlaq ulduzlarla bəzədik və (onu) hər bir asi şeytandan mühafizə etdik. Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar (və oradan) qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir. Lakin (şeytanlardan) hər kim (o söhbətlərdən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər. (Kafirlərdən) soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq". (əs-Saffət, 6-11).