Qaynanam hər şeyi idarə etmək və bizim ailə işlərimizə qarışmaq istəyir...
Sual:
Salam...yoldawim anasi atasi ne dedise onlarin sözüyle oturub durur mene deyir sende ele ol onlar ne dedi denen baw uste yaxwi.mende caliwiram ele olum yoldawim dediyine gore ama onlarin bizim her weyimize qariwmagini istəmirəm bu hereketim gunahdi ya yox?qaynanam kiwi kimi evde her bir weyi ozu idare elemek isteyir menimde xowum gelmir onun bu hereketine qarwi cixmagim gunahdi?qaynanamnan yoldawima neise pis hereketini daniwmagim gunahdi?yoldawim anasi menim haqda neise daniwsa qulaq asir ama men anasi haqda neise deyende deyir mene deme ewitmek istemirem onlar ne dedise oda olacaq.yoldawimin bu hereketi duzdu?
Cavab:
Və aleykum Salam. Siz ərinizə itaət etməli və qaynananıza cavab qaytarmamalı, ona qarşı çıxmamalısınız. Amma təklikdə ərinizə nəsihət edin ki, qaynananızın sizin ərinizlə aranızda olan şəxsi münasibətlərə və ailənizin daxili işlərinə qarışmağa haqqı yoxdur. Bütün bunları səbrlə və kobudluq etmədən, kefinin yaxşı olan vaxtlarında edin. Qaynananızın müəyyən hərəkətlərindən xoşunuz gəlməsə də, ailənizə ciddi problem yaratmadığı təqdirdə mükafatını Allahdan istəyərək səbr edin və xoş davranın. Daha ətraflı: Qaynanamla yola getmirəm, nə edim?